“Fikirinizi zorla qəbul etdirməyi demokratiya sayırsınız”

Bizimsesimiz.info  // Almaniya dövlət televiziyası ARD-də Türkiyə əleyhinə şərhlərə verdiyi cavablarla gündəmə gələn Toğrul Selmanoğlu yenə diqqətləri üzərinə çəkib.

Avropalı Türk Demokratlar Birliyi keçmiş gənc üzvü T.Selmanoğlu Berlində bir tədbirdə Almanlara ünvanlanaraq deyib:

“Demokratiya haqqında yanlış düşüncədəsiniz. Siz başqalarına zorla fikirinizi qəbul etdirməyi demokratiya zənn edirsiniz.

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul 2016-cı ildəki xain və qanlı çevriliş cəhdindən sonra görülən haqlı tədbirlərə qarşı müxtəlif sözlər deyirsiniz. Qərb ölkələrinin terrora qarşı tədbir görmək haqqı var, son 30 ildə qərbdən qat-qat artıq terrora qurbanlar vermiş Türkiyənin yoxdur?

Humanitar yardımlar edən Türkiyə dörd milyon qaçqına vətən olub. Bu, Avropa İttifaqının hamısından 4 dəfə çoxdur”.

Xatırladaq ki, bundan əvvəl Toğrul Selmanoğlu Almaniyanın ARD dövlət televiziya kanalında bir proqramda Türkiyə və prezidenti Rəcəb Tayyib Ərdoğanı müdafiə etməsilə gündəmə gəlmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.