Foto həvəskarları bu ölkələrə getmək istəməyəcək – Şəkil çəkməyin qadağan olduğu 7 ölkə

Səyahətə çıxdığımız ölkələrdə şəkil çəkməyi hər birimiz çox sevirik. Xüsusilə yaşadığımız müasir dövrdə istənilən yerin müxtəlif şəkilləri fotoaparatların yaddaşına həkk edirik.

Bəs yaxşı, bəzi xarici ölkələrdə şəkil çəkmək məsuliyyətə cəlb olunmağımız ilə yekunlaşırsa, necə?
Ailetravel.net olaraq oxucularımız üçün foto çəkməyin qadağan olduğu 7 ölkəni müəyyənləşdirdik.

1.Cənubi Koreya
Bu ölkə ərazisində şəkil çəkmək istəyənlər çox diqqətli olmalıdırlar. Əgər çəkdiyiniz fotoya hər hansı yerli qadın sakin düşsə və həmin qadın buna görə hüquq-mühafizə orqanlarına şikayət etsə, 8 min dollar cərimə ödəməlisiniz.
Hətta daha pis ehtimalda 8 min dollar cərimə ilə yanaşı, 5 il azadlıqdan məhrum olma təhlükəsi ilə də üz-üzə qala bilərsiniz.
Ona görə də Cənubi Koreyada şəkil çəkməmişdən əvvəl fotoaparata tuş gələ biləcək qadınlardan icazə istəyin.

2. Dubay, Birləşmiş Ərəb Əmirlikləri
Tətil məqsədilə Dubay və digər əmirliklərə getdikdə göydələnlərin, alış-veriş mərkəzlərinin şəkillərini çəkib özünüz üçün xatirə saxlamaq istəyə bilərsiniz. Bu hissəyə qədər heç bir problem yoxdur.
Lakin Əmir ailəsinə məxsus hər hansı bir evin, sarayın və ya dövlət yollarının fotosunu çəkmək qadağandır. Sözügedən obyektlərin fotolarını çəkdiyiniz təqdirdə, 1361 dollar cərimə ödəməli olacaqsınız.
Həmçinin barənizdə 3 ay müddətinə həbs qərarının veriləcəyi də qaçılmaz haldır.

3. Amsterdam, Hollandiya
Digər adı “Azadlıq şəhəri” olan Amsterdamda yerləşən “Red Light District”də olarkən şəkil çəkdiyiniz yerli vətəndaş tərəfindən aşkar olunsa, fotoaparatınız əlinizdən alına bilər.4.Pyonyang, Şimali Koreya
Şimali Koreya son zamanlar ağlasığmaz qadağaları ilə dünya gündəmini zəbt edən ölkələrdəndir.
Ölkə ərazisinə turist kimi ayaq basdığınız andan etibarən burada qalacağınız müddətdə sizə nəzarət edəcək bir şəxsə tapşırılırsınız. Tur çərçivəsində yalnız nəzarətçi ilə birlikdə öncədən seçilmiş yerləri ziyarət edə bilərsiniz. Səyahət əsnasında yerli sakinlərdən kiminləsə danışmaq, şəkil çəkmək qəti qadağandır.
Şimali Koreya sakinləri bu nüanslara qarşı çox diqqətlidirlər. Yerli sakinlərdən biri ilə danışmaq sizin casus kimi ittiham olunmanız ilə nəticələnə bilər.

5.London, İngiltərə
Təəccübləndiniz, elə deyil? Əslində isə məsələ belədir.
Londonda yerləşən nazirliklərin, tarixi şəxsiyyətlərin şərəfinə ucaldılmış abidələrin hər hansı bir reklam afişasında, ya da filmdə istifadə olunması qəti qadağandır.
Belə bir planınız varsa, indidən xəbərdarlıq edirik.6.Amerika Birləşmiş Ştatları
“Özəl mülkiyyət” anlayışının dərin məna kəsb etdiyi Amerikada diqqətlə yanaşmalı olduğunuz bir nüans var.
Hollivud istehsalı filmlərdə əks etdirilən evləri görüb mütləq şəklini çəkmək istəyəcəksiniz. Bu normal haldır. Ancaq bilmək lazımdır ki, ev sahibi sizdən şikayət etsə, ciddi problemlər yaşaya bilərsiniz.

7. Yaponiya
Ölkə ərazisində “özəl” statusu daşıyan bəzi məbədlərin və “Budda” heykəllərinin şəklini çəkmək qəti qadağandır.

İbrahim Mahmudov

Ailetravel.net