Bizimsesimiz.info // Fransa hökuməti ərəb ölkələri tərəfindən tətbiq olunan Qətər əhalisinə aid məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvini vacib hesab edir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Dohaya səfəri zamanı bildirib ki, bu tədbirlər qısa zamanda görülmədlidir.

Qeyd olunur ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri iyulun 15-də Səudiyyə Ərəbistanına, iyulun 16-da isə Küveyt və BƏƏ-yə səfər etmək niyyətindədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here