Fuad Qəhrəmanlı 15 sutka həbs edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, F.Qəhrəmanlı oktyabrın 31-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.