Süni intellekt texnologiyalarının inkişafı ilə paralel olaraq bir çox iş sahəsində ciddi “islahatlar”ın olacağı gözlənilir. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, süni intellektlə bağlı əldə edilən araşdırma nəticələri sayəsində bəzi peşələr də tarixə qarışacaq və bu işləri robotlar həyata keçirəcək. Bunun da nəticəsində bəzi sahələrdə ciddi tənəzzül baş verəcək. Süni intellektin ələ keçirəcəyi peşələr aşağıdakılardır:

1.Sığorta işçiləri

Sığorta sahəsində çalışan bir çox insanı gələcəkdə riskli bir dönəm gözləyir. Yeni yaradılan sığorta təhlil proqramlarıyla birlikdə sığorta prosedurları daha sürətli bir şəkildə gerçəkləşdirilir və firmaların daha az xərc çəkməsinə səbəb olur. Yaponiyada sığorta şirkətləri süni intellekt istifadəsinə başladı.

2. Maliyyə analitikləri

Maliyyə və səhm bazarı da təhdid altındadır. Yeni yazılan trend analizi tabloları sayəsində maliyyə sahəsində çalışanlar yüksək nəticələr əldə edirlər. Amerikada bu sahədə gələcək illərdə ən azı 30 faiz iş yeri itkisinin olacağı səslənən proqnozlar sırasındadır.

3. Fermerlər

Qarşıdakı 10 il içərisində süni zəka robotları fermerlərin gördüyü bir çox işi görəcək status qazanacaq. Təkcə Amerikada ən az 1 milyon işçinin bu səbəbə görə yaxın gələcəkdə işsiz qala biləcəyi təxmin edilir.

4. Jurnalistlər

Süni zəka kütləvi informasiya vasitələrinin də həyatına girib. Müxtəlif yayın, məqalə və sənədlər bir çox media qurumlarında süni intellekt yazılımları tərəfindən həyata keçirilir. Artıq bu cür proqramlar dünyanın məşhur media qurumlarının həyatına daxil olub. Məşhur media qurumu olan Associated Press süni intellekt yazılarını 2004-cü ildən bəri istifadə edir.

5. Sürücülər və pilotlar

Çatdırılma və daşımaçılıq sahəsində də süni zəka sağlam addımlarla gəlir. Sürücüsüz nəqliyyat vasitəsi sınaqları davam edərkən, bir tərəfdən də pilotsuz təyyarə və helikopter uçuşlarının da yaxın gələcəkdə gerçəkləşməsi planlanır. Bu tərəfi ilə daşımaçılıq sektoru da süni intellektə məğlub olacaq kimi görünür.

6. Fəhlələr 

İnşaat və ağır yük işçilərinin də iş həyatının sonuna az qalıb. Onlar da yaxın gələcəkdə ağır yük qaldırmaq, daşımaq kimi zəhmətli prosedurdan azad olacaqlar. Çünki onların bu işini həyata keçirəcək robotlar var və get-gedə bu sahədə daha çox istifadə olunacaqlar. Bəsit inşaat işlərində irəliləyiş əldə edən robotlar eyni zamanda buldozer və yük maşınlarının istifadəsini də gerçəkləşdirə bilir.

7. Bank işçiləri

Bankda işləyənlərin gördükləri bir çox iş hal-hazırda makina və digital texnologiyalar tərəfindən həyata keçirilməyə başlandı. Müştəri təmsilçilərini etdiyi işlərin də yaxın zamanda süni intellekt texnologiyaları tərəfindən həyata keçirilməsi planlaşdırılır. Beləcə, bankların da süni intellektin ən aktiv istifadə olunduğu sahələrdən biri olması gözlənilir.

Gördüyünüz kimi, çoxumuzun perspektivli olaraq qiymətləndirdiyimiz bir çox peşələr yaxın illərdə tarixin tozlu qatlarında gizlənəcək. Odur ki, oxuyun. Bu siyahıda sizin icra etdiyiniz peşə varmı? Varsa, indidən öz taleyiniz üçün yeni planlar qursanız yaxşı olar.

Sevinc,
musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here