Bizimsesimiz.info // Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya keçmək üçün Krakovets sərhəd-buraxılış məntəqəsindən gəlməyə hazırlaşdığını bəyan edib.

Avropa.info xəbər verir ki, o, bu haqda “Facebook” səhifəsində yazıb. Bundan əlavə Saakaşvili 11 yaşlı oğlunu özü ilə gətirdiyini bildirib.

“Bizi zorakılıq və təxribatla qorxutmaq lazım deyil, mən 11 yaşlı oğlumla sərhədə doğru gedirəm. Tam əminəm ki, heç bir hadisə olmayacaq” – o, belə yazıb.
Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvili bəyan etmişdi ki, sərhədi keçmək üçün onun leqal əsasları var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here