Gənc istedadlar qalib oldu – FOTO

“Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi qrant müsabiqəsinin qalibi olub.

Tribuna.Az xəbər verir ki, “Bacarıqların inkişaf etdirilməsi” layihəsinin məqsədi gənclər arasında peşə təhsilinin təşviqi, ölkədə yaşayan gənclərin peşə təhsilinə cəlb olunması, gənclərin peşə yönümlü sahələrə maraqlarının artırılması və ölkəmizin kadr potensialına dəstək olmaqdir.

Layihə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Xəzər və Suraxanı rayon Gənclər və İdman İdarələri ilə birgə təşkil edilib.
Sabunçu və Suraxanı Gənclər evlərində noyabr ayı ərzində baş tutan layihədə orta təhsil müəssisələrində şagirdlərə və digər təhsil müəssisələrində peşə təhsili haqqında geniş məlumatlar verilib, sahənin perspektivləri və mövcud vəziyyət haqqında interaktiv təlimlər keçirilib. Həmçinin seçilmiş fəal iştirakçılar üçün ustad dərsləri, sərgilər təşkil olunub.
Təlimləri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin peşəkar müəllimləri aparıb. Gənclər peşə sahibləri və sənətkarlarla fikir mübadiləsi aparmaq fürsəti qazanıb.
Layihədə Suraxanı, Xəzər və Sabunçu rayonları üzrə ümumilikdə 300-dən artıq məktəbli iştirak edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir