Gəncləri udan “Mavi Balina”: ölüm tələsi haqda bilməniz vacib olan məlumatlar… – FOTOLAR

Bu oyun haqqında artıq bir çox adam məlumatlıdır. Son günlərdə tez-tez gündəmə gələn “Mavi Balina” oyunu ucbatından yüzdən çox gənc intihar edib.Oyun haqqında məlumat olduqca məhduddur.

Musavat.com sizə gəncləri intihara sürükləyən bu oyun haqqında əldə olunan bəzi məlumatları təqdim edir.

“Mavi Balina” oyunu nədir?

Bu oyunda xüsusi olaraq uşaqlar və gənclər hədəfə alınıb. İnternet üzərində link vasitəsilə yayılan bu oyunda olduqca qəribə tapşırıqlar və oyun misiyaları var.

Misal üçün “Bir gün ərzində heç kimlə söhbət etmə və gecə saat 2-də qalx sənə təqdim olunan linkdəki qorxulu filmi izlə” kimi tapşırıqlar verilir.

Картинки по запросу blue whale

Gənclər bu oyuna necə qoşulurlar?

Əvvəlcə onu qeyd edək ki, bu oyunu əldə etmək üçün xüsusi bir internet səhifəsi yoxdur. Oyunu hər hansı bir yerden yükləyə bilməzsiniz. Məxfiliklə, zərərli insanlar tərəfindən yönəldilən əlaqələrlə yayılır.

“Blue Whale” adlı oyun gənc oyunçular arasında intiharın toxumlarını səpir. Məsələn, oyunda yaxınlaşan bir qatar göstərilir və “Bu dünya bizim üçün deyil” cümləsi ekrana gəlir. Ayrıca oyunda bir binanın təpəsinə çıxmış gənclərin fotoşəkilinin altında “Biz ölü bir nəsilin uşaqlarıyıq” cümləsi də çıxır. Bu oyunu oynayan gənclər qollarına balina şəklini cızırlar.

Bu linklər necə yayılır?

Ruslara aid tanışlıq çatlarında və bu kimi ümumi ortamlarda söhbət zamanı sizə bir link göndərilir. Bu link sözügedən “Mavi Balina” oyununun idarəçiləri tərəfindən atılır.

Linkə basdığınız zaman kompüterinizə bir virus daxil olur və qarşı tərəf sizin bütün şəxsi məlumatlarınızı ələ keçirir. Oyuna davam etmək istəmədiyinizi söylədikdə şəxsi məlumatlarınız internetdə paylaşılacaq deyə şantaj edirlər.

Beləcə gəncləri oyuna davam etməyə məcbur edirlər.

Oyunda nələr olur?

Oyuna qatılan gənclərə 50 gün içərisində 50 tapşırıq verilir. Bu tapşırıqlar yüksək səslə musiqi dinləmək, gün ərzində kimsə ilə danışmamaq ilə başlayır və bədənin müxtəlif yerlərində balina fotosunu cızmaqla davam edir. Oyundakı 49 tapşırıq həmin şəxsi həyatdan demək olar ki, təcrid edir. Psixoloji olaraq intihara hazır edir. 50-ci tapşırıqda “Balina olmaq üçün missiyanı yerinə yetir”, “çıxa bildiyin ən yüksək yerə çıx və oradan özünü at və ya özünü as” təlimatı ilə oyun bitir.

Bu oyunun hazırda dünyada 140-dan çox gəncin həyatına son qoyduğu bildirilir.

Картинки по запросу создатель игры синий кит

Oyunun qurucusu 22 yaşlı qatil Filipp Budeykin həbs olunub. O, məhkəmədə verdiyi açıqlama ilə hər kəsi təəccübləndirmişdi. O, intihar edən gəncləri “bioloji tullantı” olaraq adlandırmışdı. 22 yaşlı “Mavi Balina” oyununun qurucusu 3 illik azadlıqdan məhrum edilib. Lakin bu, Rusiyada cəmiyyət arasında olduqca böyük narazılığa səbəb olub.

Qeyd edək bu oyunun qurbanlarından birinin də Azərbaycanda olduğu iddia edilmişdi. Belə ki, ötən ay – oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı.

İddialara görə, gənc oğlan oyunu 1 ay yarım oynadıqdan sonra bitirə bilmədiyi üçün intihar etmişdi. Bu barədə sosial şəbəkədə onun yaxın tanışı məlumat paylaşmışdı.

Əlavə olaraq onu da bildirək ki, bu acımasız oyundan övladlarını uzaq tutmaq istəyən valideynlər bu linkdə (Uşaqlarımızı yeyən “Mavi balina”: ondan necə qurtulmalı?) azərbaycanlı psixoloq Səbinə Bayramovanın məsləhətlərindən yararlana bilərlər.

Turan Oruc

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.