“Gəzi Parkı təxribatının maliyyəçilərini həbs etmişik, Qərb bundan niyə rahatsızdır?” – Ərdoğan
“Gəzi Parkı təxribatı ilə bağlı olan şəxslər saxlanılıb. Qərbdən və məlum dairələrdən açıqlama gəlir. Dünyada bu işlərin maliyyəçisi olduğu kimi, Türkiyədə də maliyyəçisi olan adamlar var. Qərb bu şəxslərin həbs olunmasından niyə rahatsızdır?”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib. Ərdoğan partiyasına qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşmaq haqda tapşırıq verib.
“Belə dövrlər imtahan vaxtlarıdır. İmtahanı uğurla verə bilməyənlər görəvlərindən çəkiləcəklər. Uğurlu olanlar millətimizin təqdirini qazanacaqlar.
Küçələri oda verənlər gəlib bizim inşa etdirdiyimiz Millət Bağçalarına baxaraq reallıq nədir görsünlər. Gəzi Parkı təxribatı ilə bağlı olan şəxslər saxlanılıb. Qərbdən və məlum dairələrdən açıqlama gəlir. Dünyada bu işlərin maliyyəçisi olduğu kimi, Türkiyədə də maliyyəçisi olan adamlar var. Qərb bu şəxslərin həbs olunmasından niyə rahatsızdır?” Öz ölkələrində olanda fəryad fəqan qoparırlar. Türkiyədə olanda akademikdir, filandır deyirlər.
“Türk Axını” boru kəmərinin açılışında iştirak etdik. Danışırsınızsa, gəlin bunları danışaq. Gündəminizdə hələ də “Türkiyəni necə qarışdıra bilərik” var” – Ərdoğan belə deyib.