Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobillə qəza törətmiş Nail Allahverdiyevin istintaqa verdiyi ifadəsi məlum olub.

Bizimsesimiz.info Report-a istinadən xəbər verir ki, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Bundan başqa, N.Allahverdiyev, barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. O, barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here