GÖVHƏR HƏSƏNZADƏ: “AZƏRBAYCAN MUSİQİSİNİN TƏBLİĞATINI AZƏRBAYCANLIDAN BAŞQA HEÇ KƏS EDƏ BİLMƏZ”

Son dövrlərdə ölkənin mədəniyyət həyatında baş verən sevindirici hadisələrdən biri də “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin yaradılması oldu.  Uzun illərdir ki, yaradıcı adamların aktual problemlərindən biri olan müəllif hüquqları ilə bağlı məsələlərlə birbaşa məşğul olacaq bu quruma yaradıcı insanın rəhbər təyin olunması məsələnin digər müsbət tərəfidir. Birliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat almaq üçün suallarımı da götürüb yollandım sözügedən yaradıcı adamın yanına.

Əməkdar artist Gövhər Həsənzadənin TİA. Az-a müsahibəsi

– Gövhər xanım, hər qurumun yaradılmasında prioritet istiqamətlər olur ki, bu istiqamət gələcək fəaliyyəti müəyyən edir. Sizin birliyin prioritetləri nələrdir?

– Bizim qurumun ən birinci işi problemin nə olduğunu göstərməkdir. Yəni müəllifin problemi nədir? Əslində, müəllifin ağlının məhsulu aid olduğu xalqın, millətin, dövlətin təmsilçilik amilidir. Heç bir bəstəkar təməlsiz əsər yaratmır. Biz bu gün bir Azərbaycan mahnısı haqqında danışarkən onun harmonik dilindən və istinadından danışırıq. Tutaq ki, Azərbaycan muğamları başqa muğamlardan nə ilə fərqlənir? Səslənməsi, pərdələri ilə. Bunu şifahi dedik, ancaq bunlar hamısı sənədləşməlidir. Bütün dünyada bu iş çoxdan aparılır. Çünki əqli mülkiyyət böyük bir sərvətdir. Bu gün bu ictimai birliyi yaratmaqda birinci məqsədimiz Azərbaycanımıza mənsub olan bəstəkar- yəni müəllifi bəlli olan əsərlərin tam olaraq rəsmiləşdirilməsidir. İkinci vəzifəmiz Azərbaycan mahnılarının dünyada öz hüquqi qiymətini alaraq maddi tələbini təmin etməkdir. Bir sözlə, biz Azərbaycan musiqinə, Azərbaycan sənətinə verilən dəyərin haqqını almaq istəyirik.

– Sözügedən prosesdə beynəlxalq təcrübəyə xüsusilə də MESAM təcrübəsinə müraciət ediləcəkmi?

– 24 ildir ki, MESAM-ın üzvüyəm. İllərdir, bizdə də belə bir qurumun olmasının arzusundaydım. Əlbəttə ki, qardaş Türkiyə təcrübəsindən istifadə olunacaq.

İlk növbədə qeyd edim ki,  Əqli Mülkiyyət Agentliyinin verdiyi dəyər və dəstəyin nəticəsində bu qurum fəaliyyəti uğurla başlayıb.

Bu yaxınlarda Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi  “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfransda illərlə bu işi aparan, böyük təcrübəyə sahib olan  təşkilatların rəhbərləri və idarə heyətlərinin üzvlərindən dinlədiklərim böyük bir təcrübənin vacib hissəsi idi.

Konfransda Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği”, “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği”, Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti”  Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi, Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar, fonoqram istehsalçılar iştirak edirdi.

– Gövhər xanım, bu gün birliyə üzv olmaqda yaradıcı insanlarımız maraqlıdırmı?

– Əlbəttə, maraq var. Bura üz tutanlar deyir ki,ən çox onu deyir ki, mənim mahnım boş-boşuna mənim adım olmadan səslənir. Adlarını çəkmək istəmədiyim ifaçılar var ki, bu gün öz şöhrətlərindən istifadə edərək hələ tanınmayan adamların mahnılarını oxuyur, öz mahnısı kimi təqdim edirlər. Həmin yaradıcı adamlar bizə üz tutur, deyir ki, hüquqlarımı qoruyun, mən Bəstəkarlar İttifaqının üzvü deyiləm, ancaq belə mahnılarım var. Qulaq asıram, görürəm ki, həqiqətən hardasa el şənliklərində o mahnıları eşitmişəm. Normal da mahnılardır. O insanların hüquqlarını qorumaq üçün bizi böyük işlər gözləyir və bizə üzvlük üçün üz tutanlar çox olacaq.

Bu gün Azərbaycanda dillər əzbəri olan bir çox mahnılar var ki, onların müəlliflərini nə siz bilirsiniz nə də mən. Halbuki həmin mahnılardan müəllifə heç bir qonorar verilmədən hər yerdə istifadə olunur. Ən əsas məsələ həmin adamların adı yazılmadığı üçün sabah o notun üzərində başqa dildə söz oxuya bilərlər ki, bununla da bir azərbaycanlı yaradıcı insanının hüquqları pozulur. Biz bu gün istedadlı adamları üzvlüyə götürərək idarə heyətimizdəki yaradıcı insanlarla birgə daha düzgün şəkildə işləyə bilirik. Hansı ki, onlar qeyri-peşəkar səslənmədən əziyyət çəkirlər, onları həm peşəkarlaşdırmaq həm həmin müəlliflərə müəlliflik hüququ qazandırmaq istəyirik.

– Son dövrlərdə sosial şəbəkələrdə mahnı sintezləri xeyli populyardır. Həmin sintezlərdən gələn yad notların səsi və müdaxilələr müəlliflik hüququnun pozulmasından xəbər verir. İlk növbədə bir bəstəkar kimi bu sintezlər haqqında nə düşündüyünüzü bilmək istəyərdim.

– Toxunulmayan sərvətlər, toxunulmayan artefaktlar var. Bu gün o sintezləri edənlər buna bir gəlir mənbəyi kimi yanaşır.Arxeoloji qazıntıları biz gedib rəngləmirik ki. Sintez böyük peşəkarlıq və təcrübə tələb edən prosesdir.

Məsələn, Siyavuş Kərimi. Vaxtilə 1997-ci ildə Azərbaycan-Norveç,2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri məhz onun rəhbərliyi altında uğurla gerçəkləşib.Çağdaş estradamızın caz-folk janrında yazıb-yaradan Vaqif Gərəyzadə və Vüqar Camalzadəni misal çəkə bilərik. Siz deyə bilərsinizmi ki, bu bəstəkarların yaradıcılığında Azərbaycana yad olan musiqilər var? Onların musiqisi sümüyümüzə işləyir, çünki millidir.

Sintez edəcəksənsə, gəlib peşəkar və təcrübəli sənətkarların qapısın döyəcəksən və məsləhətlə iş görəcəksən.

Bu gün mənim marağımda Azərbaycanın bütün bölgələrində xalqa yaxın musiqilərdir. Niyaməddin Musayev, Baloğlan Əşrəfov, Məmmədbağır Bağırzadə, Səyyad Əlizadə, Məhəbbət Kazımov, Ağadadaş Ağayev və bir çox xalq üçün bəstələyən və xalqın sevgisini qazanan mahnılarımız bu gün notlaşdırılmalı və müəllif hüquqları da rəsmiləşdirilməlidir. Bu insanlar xalqın sevgisini qazanıb. Mən bu gün onların mahnılarını peşəkar mahnılar sırasında görmək istəyirəm, sintezsiz falan.

– Gövhər xanım, Siyavuş Kərimi ilə müsahibəmdə o demişdi ki, mədəniyyətə diktatura lazımdır. Bu fikirlə razısınızmı?

– Siyavuş müəllim öz təcrübəsindən irəli gələrək, beynəlxalq arenada öz sözünü demiş bir insan kimi bu sözü deyir. O bunu təbliğat haqqında deyib, yəni biz məcburi şəkildə peşəkar musiqimizi təbliğ etməliyik. Biz reytinqlərin aludəçisi olmamalıyıq. Sənətdə demokratiya nə deməkdir? Xaos. Mən Siyavuş müəllimin fikri ilə tamamilə razıyam. Biri mən özüm. Səksəninci illərdə rəhmətlik Tofiq Quliyevə gətirib qorxa-qorxa iki mahnımı göstərdim. Ona görə qorxurdum ki, Allah rəhmət eləsin, korifey sənətkarımız Cövdət Hacıyevin sonuncu tələbəsi idim. Cövdət Hacıyev bilsəydi ki, mən yüngül mahnı janrında işləyirəm məni öldürərdi. Onu da deyim ki, mənim də simfoniyalarım var, böyük orkestr üçün əsərlərim var. O məktəbi elə bilirsiniz ki, mahnı yazıb bitirmişəm? Yox…Tofiq Quliyevə mahnıları göstərəndə dedi ki, sən gələcəyin bəstəkarısan, mahnıları 20 il sonra göstərərsən, indi o mahnılarla səni başa düşməyəcəklər. Mən də öz dövrümdə elə bilirdim ki, dahiyəm, konservatoriyada Cövdət Hacıyevin sinifində oxuyuram. Necə ola bilər ki, mən mahnını düz yazmayım? Ancaq mənim tərbiyəm imkan verdi ki, buralara gəlib çıxdım. O vaxt Tofiq Quliyev bu sözü deyəndə düşündüm ki, o belə dedisə deməli, belədir. Əgər onda mənə də icazə versəydilər, bu gün Gövhər Həsənzadə yox idi. Hər şey rəndələnməlidir. Yenə də deyirəm, biz Azərbaycanı təmsil edirik. Necə yəni mən nə yaradıramsa, odur? O qədər gülünc görünən qadınlar var kənardan, deyir ki, gözələm. Başa da sala bilmirsən ki, bu, sənə yaraşmır, sənin gözəlliyin başqadır.

 – Axı bu gün təbliğat maşını hesab etdiyimiz televiziya özü də əvvəlki kimi aktual deyil.

– Deməli, televiziya elə etməlidir ki, ona baxsınlar. Bu gün efirlərə ona görə baxmırlar ki, orda gördükləri yaddır. Televiziyadan səslənən Azərbaycan dilini belə biz tanımırıq. Hər şeyin öz yeri var. Məgər Vaqif Mustafazadə bütün kompozisiyaları muğamla sintez idi? Xeyr.Vaqif Mustafazadə əsl azərbaycanlı milli sənətkar idi.O peşəkar cazmen və bəstəkar idi. Amma muğamı və xalq musiqimizi o qədər mükəmməl bilirdi ki, onun sintezləri- caz-folk dünyanı fəth etdi. Dünyanın hər guşəsində peşəkar, müasir musiqi camiəsində biz özümüzü çox vaxt məhz onun adı ilə təqdim edirik.

Bizdə azad təfəkkür muğamdır, Amerikada cazdır. Üsyankar beyin məhsulu, zəka deyişməsi Avropada repdir, Azərbaycanda meyxanadır.

– Meyxanadan söz düşmüşkən, sizcə, meyxana sənətdirmi? Son dövrlərdə “meyxana sənət deyil” fikrini tez-tez eşidirik.

-Onu kim deyir? Meyxana ən dərin, ən çətin, ritmlərimizin üzərində qəzəllərimizə istinadən olan zəka deyişməsidir. Meyxana bizim xalq yaradıcılığımızdır. Xahiş edirəm qeyri-peşəkarlar Azərbaycana aid olanları şübhə altına alaraq müzakirəyə çıxarmasınlar. O bizim deyil, bu, bizim deyil deyirlər, beləcə bizim deyil dediklərini başqaları gəlib sahiblənir.

Sabah gəlib deyəcəklər ki, Azərbaycan da yoxdur. Niyə eliyirsiniz bunu? Niyə hər kəs öz işi ilə məşğul olmur? Mən burda oturub iqtisadiyyatdan danışıram? Məni sosial verlişə çağıranda deyirəm ki, siz Gövhər xanımın şəxsi həyatından özünün həyatda buraxdığı səhvlərdən nə qədər əziyyət çəkdiyindən xəbərdarsınız? Xalqın ailəsindən xəbərim olmadan kimə nə ağıl verə bilərəm? Sosial verlişlərin efirdə nə işi var? O verlişlər bizim mentalitetə yaraşmır axı. Orda baş verənlər azərbaycanlı ailəsinə uyğun deyil.

– Deyirlər ki, son illər “Avroviziya “ mahnı müsabiqəsində Azərbaycanı təmsil edən nömrələr də Azərbaycana uyğun deyil. Düşünürəm ki, qarşımdakı ölkəmizi Avroviziya səhnəsində təmsil edən ilk mahnının bəstəkarı Gövhər Həsənzadədirsə, sualı düzgün adama ünvanlayıram.

– Əvvəl mən özüm də buna bəraət qazandırmaq istəyirdim. 2008-ci ildən sonra təşkilati komitədə yoxam, ümumiyyətlə, bu işdə yoxam. Əvvəl mən də elə düşünürdüm ki, Avropa tamaşaçısının zövqünə uyğun olsun deyə müsabiqə üçün mahnını Avropa bəstəkarı yazmalıdır. Ancaq gördüyünüz kimi illər sübut elədi ki, bu, belə deyil və bu il də nöqtəni qoydu. Avropa tamaşaçısı bizə üç bal verdi. Avropa tamaşaçısı o bəstəkarın yaxşısının ən yaxşısını efirlərində görür. Mən bunu öncədən desəydim, bəlkə də qısqanclıq kimi anlaşıla bilərdi, daha doğrusu, qısqanclıq da yox. Çünki mən Avroviziyada ilkəm…Mənim qısqanclığım ola bilməz. Mən ora yer dalınca getməmişdim, Azərbaycan musiqisini azərbaycanlılardan ibarət yaradıcı heyətlə bərabər təmsil etmək üçün getmişdim. Biz Allahın dəstəyi ilə dövlətimizin  dəstəyi ilə orda Azərbaycanı layiqli bir şəkildə təmsil etdik. Bu günə qədər də yaddaşlarda qalmışıq. Düşünürəm ki, yenə orada Azərbaycan məhsulu olsa, yenə yaddaşlarda qalacaq. Amma Azərbaycan musiqinin təbliğatını azərbaycanlıdan başqa heç kəs edə bilməz. Bizim yerə iddiamız yoxdur, şəxsən mənə o maraqlıdır ki, hər kəs o musiqini heç deyilsə gələn ilə qədər yadda saxlasın. Eybi yox, qoy desinlər ki, Azərbaycan bu cür çıxış etdi, ona qarşı haqsızlıq oldu. Mən bununla fəxr edəcəm ki, biz dünyaya səs saldıq. 44 gündə torpaqlarımızın azad olunması kimi fəxrli bir hadisədən sonra bizim builki kimi lirik, küskün, geyimi solğun bir nömrəyə ehtiyacımız yox idi.

Aytac Sahəd

122 COMMENTS

  1. Apologetic status CBD gummies can be iffy for a some reasons:
    Off the beam or inconsistent dosage: CBD gummies should bridle a specific amount of CBD per serving, but bad quality gummies may not accurately evaluation the amount of CBD in each gummy. This can lead to inconsistent dosing and potentially ineffective or equable pernicious results.
    Contamination: CBD gummies that are made with low-quality or contaminated ingredients can be noxious to consume. Some companies may utilize CBD that is sourced from low-quality hemp or may list harmful additives or chemicals.
    https://fivecbd.com/products/cbd-gummies

    Faulty advertising: Some companies may along untruthful claims to the amount of CBD in their products or the effects that their products can have. This can come to consumers being misled and potentially wasting their money on ineffective products.
    To avoid foul prominence CBD gummies, it’s eminent to do your delving and settle upon a trustworthy brand. Look for products that clothed been third-party tested, which means an independent lab has verified the amount of CBD in the fallout and checked in behalf of contaminants. Additionally, look to products that turn to account high-quality ingredients and provide sharp report about dosage and effects.

  2. Vile property CBD gummies can be iffy in support of a scattering reasons:
    Faulty or inconsistent dosage: CBD gummies should suppress a exact amount of CBD per serving, but bad worth gummies may not accurately moderation the amount of CBD in each gummy. This can dispose to inconsistent dosing and potentially unskilful or gloaming bad results.
    Contamination: CBD gummies that are мейд with low-quality or contaminated ingredients can be noxious to consume. Some companies may make use of CBD that is sourced from low-quality hemp or may contain unhealthy additives or chemicals.
    https://fivecbd.com/products/cbd-gummies

    Lying advertising: Some companies may sign inexact claims wide the amount of CBD in their products or the effects that their products can have. This can lead to consumers being misled and potentially wasting their means on unskilful products.
    To avoid painful quality CBD gummies, it’s important to do your scrutinization and decide a trustworthy brand. Look pro products that have been third-party tested, which means an unsolicited lab has verified the amount of CBD in the fallout and checked in behalf of contaminants. Additionally, look for the sake products that turn to account high-quality ingredients and lay down clear report close to dosage and effects.

  3. I blog often and I really appreciate your content. This article has really peaked my interest. I’m going to take a note of your site and keep checking for new details about once a week. I opted in for your Feed as well.

  4. Oh my goodness! Amazing article dude! Many thanks, However I am having issues with your RSS. I don’t know the reason why I am unable to join it. Is there anybody else having the same RSS issues? Anybody who knows the solution can you kindly respond? Thanks!!

  5. May I just say what a relief to uncover somebody that actually knows what they’re discussing on the web. You certainly realize how to bring an issue to light and make it important. More and more people ought to check this out and understand this side of your story. It’s surprising you are not more popular given that you definitely have the gift.

  6. Can I just say what a relief to uncover an individual who truly knows what they’re talking about on the internet. You definitely realize how to bring an issue to light and make it important. A lot more people ought to look at this and understand this side of your story. I was surprised you are not more popular because you definitely possess the gift.

  7. An impressive share! I have just forwarded this onto a friend who was doing a little research on this. And he actually ordered me lunch due to the fact that I discovered it for him… lol. So allow me to reword this…. Thank YOU for the meal!! But yeah, thanx for spending the time to talk about this subject here on your blog.

  8. Oh my goodness! Awesome article dude! Thank you, However I am experiencing problems with your RSS. I don’t understand why I can’t join it. Is there anybody getting identical RSS problems? Anyone who knows the solution can you kindly respond? Thanks!!

  9. You’re so awesome! I do not believe I’ve read anything like this before. So wonderful to find another person with some unique thoughts on this subject. Seriously.. thanks for starting this up. This web site is one thing that is required on the web, someone with a bit of originality!

  10. An impressive share! I’ve just forwarded this onto a colleague who had been doing a little research on this. And he in fact bought me breakfast because I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanx for spending the time to discuss this topic here on your web page.

  11. Next time I read a blog, Hopefully it does not disappoint me just as much as this particular one. I mean, Yes, it was my choice to read, however I genuinely believed you would have something interesting to say. All I hear is a bunch of complaining about something you could fix if you weren’t too busy seeking attention.

  12. After looking over a few of the blog posts on your site, I truly appreciate your way of blogging. I bookmarked it to my bookmark webpage list and will be checking back in the near future. Please check out my website too and tell me your opinion.

  13. I absolutely love your website.. Pleasant colors & theme. Did you make this amazing site yourself? Please reply back as I’m looking to create my very own website and would like to learn where you got this from or what the theme is called. Thanks!

  14. This is the perfect site for everyone who would like to understand this topic. You realize so much its almost tough to argue with you (not that I really will need to…HaHa). You certainly put a new spin on a topic that’s been discussed for decades. Wonderful stuff, just excellent!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir