Saatlı sakini, Asif İsmayılov 16 ildir ki, hüquqşünas kimi fəaliyyət göstərir.

Bizimsesimiz.info xəbər verir ki, onu həmkarlarından fərqləndirən isə gözdən əlil olmasıdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Asif İsmayılov deyir ki, indiyə qədər iştirak etdiyi məhkəmə çəkişmələrinin əksəriyyətində qalib gəlib. Bu da, insanların ona vəkil kimi inamını təmin edib.

Bu yaxınlarda Vəkillər Kollegiyasının test imtahanından uğurla keçən Asif İsmayılov müsahibə mərhələsində də uğur qazanacağına inanır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here