Guardian: Yəməndə vəba xəstəliyinin yayılmasında əsas səbəbkar Səudiyyə Ərəbistanıdır
Bizimsesimiz.info // Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisia qüvvələri Yəməndə xəstəlikdən əziyyət çəkənlərə yardım üçün göndərilən bütün humanitar yardımların qarşısını alır
İngiltərənin The Guardian qəzeti Yəməndə vəba xəstəliyinin yayılmasında əsas səbəbkar kimi Səudiyyə Ərəbistanını göstərib.
Bizimsesimiz.info İnterAz-a istinadən xəbər verir ki, Guardian qəzetinin yaydığı xəbərdə son dörd ay ərzində Yəməndə yayılan və çox sayda insan ölümünə səbəb olan vəba xəstəliyinin əsas səbəbkarının Səudiyyə Ərəbistanı olduğu bildirilir. Bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı 436 min göstərilsə də, bu rəqəmin Aprel ayına qədər olduğu deyilir. Son aylarda isə Vəba xəstəliyindən ölənlərin sayı dayanmadan artmaqdadır.
Qəzetin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisia qüvvələri Yəməndə xəstəlikdən əziyyət çəkənlərə yardım üçün göndərilən bütün humanitar yardımların qarşısını alır. Xəstəliklə mübarizə üçün heç bir imkan yaradılmır. Bir çox ölkədən gələn tippi yardımların hələ də sərhəd məntəqələrində saxlanıldığı deyilir.
Həmçinin Yəməndə 30 min tibb işçisinin əmək haqqı almadıqlarından öz iş yerlərini tərk etdikləri bildirilir. Xəstəxanalardan xəstə sayları çox, həkimlər isə yox səviyyəsindədir. Bununla yanaşı ölkədə içməli su qıtlığı yaşanır. Bütün yaşayış yerlərində zibillər təmizlənmədiyindən, hər yer zibillə örtülüb.
Yəməndə hər 1000 nəfərdən 17 nəfərin vəba xəstəliyinə yoluxduğu qeyd edilir.
Sonda qəzet yazır ki, tez bir zamanda beynəlxalq səviyyədə Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünun qarşısı alınmasa və Yəməndə xalqa humanitar və digər yardımlar göstərilməsə, bu ölkədə sağlam insan tapmaq olmayacaq və ölkədə bu günkündən daha böyük faciə yaşanacaq.
Qeyd edək ki, BMT dünyada öldürücü xəstəlikdən və ən pis şəraitdən əziyyət çəkən ölkələr sırasında ilk olaraq Yəməni göstərib.