Günəşə qurban edilən 676 nəfərin cəsədi tapıldı

Bizimsesimiz.info // Meksikanın paytaxtı Mexikoda arxeoloqlar tükürpədən kəşfə imza atıblar. Onlar qədim Astek İmperiyasına aid olan ərazidə qazıntılar apararkən, 676 insanın kəllə və skelet qalıqlarını aşkarlayıblar.

Moderator.az xəbər verir ki, dünya elmi portallarında rezonans doğuran bu kəşf arxeoloqları da heyrətləndirib.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıra ilə düzülüən 676 insan kəllələrinin hamısı qadın və uşaqlara aiddir. Qazıntı işlərinin aparıldığı yerin bir zaman qədim asteklərin qurban mərasiminin keçirildiyi məlum olub. Tarixi mənbələrə əsasən, asteklər dini ayinlərinin “tələblərinə” əsasən, hər il minlərlə qadın və uşağı Günəşə qurban vermək adı ilə qətlə yetiriblər. Arxeoloqların fikrincə, ərazidə tezliklə on minə qədər kəllə skeleti tapılacaq. Çünki qədim inanclara əsasən, öldürülənlərin hamısı həmin ərazidə dəfn edilib.