Gündəlik həyatda işinizə çox yarayacaq 10 vacib məlumat
Gündəlik həyatınızda işinizə yarayacaq vacib məlumatları təqdim edirik:

1. Qapalı yerdə yanğın baş verdikdə ölüm halları əsasən yanmadan yox, tüstüdən boğulmadan olur. Bu növ yanğınlarda yerə uzanaraq aldığınız zəhərli havanı minimuma endirmək endirin.

2. Əgər bədəninizin hansısa hissəsi hər hansı bir əşya batıbsa, onu çıxarmaqla daha çox qan itkisinə səbəb ola bilərsiniz. Buna görə də tibbi yardım alanadək yaranın üstünü bağlayıb gözləmək lazımdır.

3. Yanan yağı heç vaxt su ilə söndürməyə çalışmayın. Yağ molekulları isti tavanın və ya qazanın dibinə çökər, alovun şiddətlənməsinə səbəb ola bilər. Buna görə də hər hansı hadisə baş verərsə, qazı söndürüb, alovun üstünü bağlayıb oksigenlə əlaqəsini kəsin.

4. Telefonlarınızın kamerası bulanıq şəkillər çəkməyə başlayıbsa, onu sadəcə silgi ilə silməniz çox effektli variant olacaq.

5. Məcbur qalmadığınız təqdirdə qar yeməyin. Çünki bu halda orqanizmanız qarı əritmək üçün həddindən artıq enerji sərf edəcək. Bu halda da bədəninizin enejisi bitə bilər.

6. Qopub yerə düşən elektrik xəttində çox yüksək cəryan ola bilər. Və hətta kabelin düşdüyü ərazi belə yüksək gərginlikli elektrik enerjisi keçirə bilər. Buna görə də həmin ərazidən uzaq durmaq və səlahiyyətli şəxslərə xəbər vermək lazımdır.

7. Təyyarədə sizə verilən xilasedici gödəkçənin şişmə vaxtına nəzarət etmək lazımdır. Əgər təyyarə suya eniş edəcəksə, gödəkçəni təyyarə salonunda şişirmək sizə problem yarada bilər.

8. Tok vuran bir şəxsin həyatını xilas etmək istəyirsinizsə, ona uzun, sərt bir əşya ilə vura bilərsiniz. Bu zaman həmin şəxsin bədənindən elektrikin çıxmasına kömək olacaq.

9. Pendir və tünd şokolad diş çürüməsinin qarşısını ala bilər.

10. Soyuq yerlərdə bədən tempraturunuzun düşməməsi üçün pambıq əvəzinə yun geyimlər geyinməyi üstün tutmalısınız.
“Qaynarinfo”