Gürcüstan hökumətindən JEST – 600 min vətəndaşın bank borcunu sildi

Gürcüstan hökuməti kredit borclarına görə ölkədəki bankların “qara siyahı”sında olan 600 mindən artıq vətəndaşın bütün borclarının ləğv olunması barədə qərar qəbul edib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu baş nazir Mamuka Baxtadze deyib.

“Söhbət banklar, onlayn təşkilatlar və digər maliyyə strukturları qarşısında borcları olan 600 min nəfərdən artıq vətəndaşımızdan gedir. Ümumilikdə məbləğ təqribən 1,5 milyard lari və ya 565,3 milyon dollar təşkil edir. Qərara görə, həmin borclar bütünlüklə sıfırlanacaq. Gürcüstan əhalisi Yeni İli banklara borcları olmadan qarşılayacaq”, – M.Baxtadze bu gün Tbilisidə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, borcları ləğv ediləcək vətəndaşlar arasında 150 min nəfər sosial təminatsız və on minlərlə nəfər əlil var.

Borcların ləğvi prosesi dekabrın 15-də başlayaraq ayın sonunadək davam edəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir