Bizimsesimiz.info // Gürcüstandan Azərbaycana 5 ay ərzində 14,4 milyon dollar dəyərində avtoobil ixrac olunub. “Yeniavaz.com” Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, son 5 ay ərzində Gürcüstandan Azərbaycana 556 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta qiyməti 25,9 min dollar təşkil edib. Keçən illə müqayisədə qonşu ölkədən gətirilən avtomobillərin sayı 336 ədəd çox olub. Məlumat üçün bildirək ki, ötən ilin ilk 5 ayında Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti 32,2 min dollar olub. Bundan başqa qara metallar və onlardan hazırlanan məhsullar (ilk 5 ay ərzində 3,19 milyon dollar) və tibbi avadanlıqlarlar da (7,1 milyon dollar) ən çox ixrac olunan məhsullardan olub. İxracda diqqət çəkən məqamlardan biri Gürcüstandan Azərbaycana kartof ixracının kəskin armasıdır. Keçən il qonşu ölkədən Azərbaycana kartof gətirilmədiyi halda, bu ilin ilk 5 ayı ərzində 4 milyond 966 min dollar dəyərində 35,1 min ton kartof ixrac olunub. Kartofun bir kiloqramının gömrük dəyəri 14 sent (24 qəpik) təşkil edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here