Gürcüstandan Ermənistana ərazi iddiası

Bizimsesimiz.info // Ermənilər gürcülərin arxasında Azərbaycanın daynadığını iddia edirlər

Gürcüstanla Ermənistan arasında gerləşən Xuçapvəng kilsəsi iki ölkə arasında ərazi münaqişəsinə səbəb olub.

İstiPress-in məlumatına görə, erməni ekspertlər gürcü millətçilərinin kilsənin Gürcüstan ərazisində qalması barədə radikal çıxışların arxasında Azərbaycanın dayandığını iddia edirlər.

Söhbət Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsindən gedir. 13-cü əsrdə tarixi Lori mahalında tikilmiş məbəd heç zaman erməni kilsəsi olmayıb, böyük ehtimalla regionda yaşayan türkdilli xristinaların – frenklərin, urumların və s. ibadət yeri olub.  Region Səfəvi və Osmanlı imperiyaları arasında keçən döyüşlərdə əldən ələ keçib.  Rusiya işğalından sonra Tiflis quberniyasına, daha sonra isə Gürcüstana tabe olub. 1921-ci ildə regionu ələ keçirən bolşeviklər əsasən azərbaycanlıların və qismən də rusların yaşamasına baxmayaraq tarixi Lori mahalını, eləcə də  Xuçapvəng kilsəsini  Ermənistana tabe ediblər.

Xuçapvəng kilsəsinin yeri - XƏRİTƏ

Xuçapvəng kilsəsinin yeri – XƏRİTƏ

Ermənistan Xuçapvəng kilsəsini özününkü saymır, buna görə abidə müstəqillik illərində yararsız hala düşüb. İki ölkə arasında gedən sərhəd demarkasiya proseduru zaman kilsənin Ermənistanda qalması ehtimalı var ki, bu gürcü vətənpərvərlərin qəzəbinə səbəb olub.

Ermənistanda bayramdır: Rusiya çökür

Amma gürcülər pravoslav kilsəsi olduğundan onu öz məbədləri sayırlar. “Facebook” istifadəçisi Georgi Çelidze öz səhifəsində müraciət edərək avqustun 31-inə etiraz mitinqi təyin edib. Gürcüstan hökumətinin binasının qarşısında keçiriləcək mitinqdə əsas şüar “Erməni işğalına son qoyaq!”  sözləri olacaq.

Ermənistan Dövlət İdarəetmə Akademiyasıın elmi əməkdaşı Conni Melikyan gürcü vətənpərvələrinin arxasında Azərbaycanın durduğunu iddia edib:

“Sifarişçilər müxtəlif ola bilər. O cümlədən Azərbaycan tərəfi. Bakı Güpcüstanda nəzarət etdiyi KİV-lər vasitəsi ilə dəfələrlə belə üsullara əl atıb”.

Qəribədir, indiyə kimi ermənilər qonşularına – Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirdilər. İndi özləri bununla üzləşiblər. Buna görə də günahı üçüncü qüvvələrdə axtarırlar.

Çingiz Rüstəmov / İstiPress