“Maralın buynuzundan dərman kimi istifadə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun maral bisnesinin faydalarına aydınlıq gətirərkən deyib.
Onun fikrincə, sabiq başçı da məhz bu məqsədlə onun biznesini qurmağa çalışıb:
 
“Maral saxlamaq daha çox xərc edən bir sahədir. Onun yemlənməsi, digər qulluq sahələri var ki, buna mütamadi diqqət yetirilməlidir. Düzdür, xəstəliyə nadir hallarda yoluxurlar. Maralın buynuzundan dərman kimi istifadə olunur. Yağlılığı yüksəkdir”.
Ekspet ona nə qədər təlabatın olduğunu, alıcıların ondan nə üçün istifadə etiyini, eləcə də ətinin faydalığı haqqında mütəxəsis araşdırması lazım olduğunu qeyd edib:
“Görünür kimsə maralın faydaları ilə bağlı ona danışıb. Alimpaşa da bundan həvəslənib onun biznesini qurmağa çalışırmış”.
Vahid Məhərrəmov Azərbaycanda bu sahədə biznesin nadir olduğunu da vurğulayıb:
“Azərbaycan üçün yeni bir sahədir. Mənə elə gəlir ki, sabiq icra başçısı bu bisnesi yoxlamaq istəyib. Düşünüb ki, maral yenidir, bu üzdən insanlarda maraq olar, həm də xarici ölkələrə ixrac edə bilər. Hələ bəlkə hesablama da aparıb. Alimpaşanın maralların haradan alınması araşdırılmalıdır”.
Qeyd edək ki, bir neçə gün öncə Şəmkir rayon İcra Hakimiyyətinin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması aşkarlanıb. Məlumatda bildirilib ki, həbs edilən icra baqşçısı Şəmkir rayonunda hektarlarla ərazini zəbt edərək orada şəxsi maral təsərrüfatı yaradıb. Fermada olan maralların sayı 30-dan çoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here