Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.

Bizimsesimiz.info Xəzər TV-yə istinadən xəbər verir ki, 2015 və 2016-cı illərdə həcc ziyarətində olmuş adamlar bu il də ziyarətə getmək istəsələr, viza üçün 2000 rial, yəni 535 dollar əlavə pul ödəməlidirlər. Bununla məşğul olan şirkətlər zəvvarları bu barədə məlumatlandırıb.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları idarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, həcc ziyarəti üçün ayrılan kvota yeri artıq dolub. Bununla bağlı son iki ildə ziyarətdə olmuş zəvvarlara da məlumat verilib. Ancaq müraciət edənlərdən heç kəs hələ bu ödənişə görə sənədini geri götürməyib. Yəni, əlavə ödənişin tələb edilməsi gedişdə hansısa azalmaya gətirib çıxarmayıb.

Eyni zamanda, onu da bildiriblər ki, bu dinlə bağlı olan bir qərar yox, Səudiyyə Ərəbistanı dövlətinin tətbiq etdiyi yeni bir prosedurdur. Bu addımı dini olaraq şərh etmək düzgün deyil.

Onu da qeyd edək ki, bu il həcc ziyarəti üçün Azərbaycandan Ərəbistana 600 nəfərlik kvota yeri ayrılıb və həcc ziyarətində vahid qiymət paketi təqdim olunub. Bir nəfərlik ziyarət paketinin qiyməti bu il 3850 dollar məbləğində müəyyən edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here