HƏMAS “Hizbullah”-la eyni cəbhədə olduğunu bəyan etdi

Bizimsesimiz.info // Fələstinin HƏMAS hərəkatının rəsmisi Musa Əbu Mərzuq Livanın “Hizbullah” hərəkatına dəstək olduqlarını açıqlayıb.

O, açıqlamasında bildirib ki, HƏMAS işğalçı İsrail rejiminə qarşı mübarizədə “Hizbullah”ın yanında və eyni cəbhədədir.

“ “Hizbullah”-la daim rabitədəyik. Biz əlaqələrimizi mətbuatdan uzaq tutmağa çalışırıq”, -deyə Musa Əbu Mərzuq diqqətə çatdırıb.

Musa Əbu Mərzuq “Fəth” hərəkatından da danışıb.

“Biz indi gözləyirik ki, “Fəth” hərəkatı Qəzza sakinlərinin ehtiyaclarını görər və lazım olan addımları atar”, -deyə Musa Əbu Mərzuq qeyd edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.