HƏMAS-ın Qahirədə ofis açdığı iddia olundu
Bizimsesimiz.info // Fələstinin HƏMAS hərəkatının Misirin paytaxtı Qahirə şəhərində ofis açdığı iddia olunub. HƏMAS hərəkatı iddialara cavab verib.
Hərəkatın rəsmisi Əbdüllətif əl-Qanu yayılan iddiaları əsassız adlandırıb.
“Qəzza zolağındakı humanitar böhranın həllində, HƏMAS ilə Fəth arasındakı razılaşma hökuməti, sərhəd təhlükəsizliyi və digər məsələlərdə Misirin böyük rolu olacaq”, deyə Əbdüllətif əl-Qanu qeyd edib. //eastnews.org