Bizimsesimiz.info  // Zeytun Budağı Hərəkatıyla bağlı məlumat verən B.İldırım dedi: “Hərəkat 4 mərhələdə keçiriləcək. 30 kilometrlik neytral bölgə yaradılacaq. Terror ünsürləri regiondan yox edilənə qədər əməliyyat davam edəcək. Bölgədə təxminən 8-10 min arası terrorçu var. Hərəkatda 70-75 faiz milli və yerli hərbi sursat istifadə olunur. Əməliyyatlar zamanı bu ana qədər yaralanan əsgərimiz yoxdur. Bizim Afrin bölgəsində hədəfimiz hərbi avadanlıq və sığınacaqları məhv etməkdir. Mübarizəmiz, eyni zamanda, Afrindəki DAEŞ-ə də aiddir. Əməliyyata xalqımız yüz faiz mənəvi dəstək verir. Köçlə bağlı sərhəd kənarında düşərgə sahələri yaradırıq. Suriya hökumətilə Rusiya vasitəsilə danışırıq. Bütün diplomatik danışıqlar öz yerindədir.”

“Əməliyyatın adı niyə Zeytun Budağıdır?” sualına Baş nazir: “Budağı terrorçuya, zeytunu vətəndaşa”, – deyə cavabını verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here