Hər gün kolbasa yedikdə orqanizmdə nə baş verir? – Həkimlərdən ŞOK

Statistika göstərir ki, kolbasa məhsulları insanların soyuducu və süfrəsində çörək, ət, pendirdən sonrakı yerdə gəlir.Hər il kolbasa istehsalı və tükətimi artır.

44% insan hər gün və ya həftədə ən azı 3 dəfə kolbasa yeyir.

Hər gün 2 dilim də olsa kolbasa yeyənlərin orqanizmində nə baş verir.

Bakupost.az xəbər verir ki, həkim biotexnoloq, tibb elmləri namizədi Nataliya Denisova kolbasanın tərkibində olan yağlar, rəng, duz, qatqıların orqanizmə fəsadından danışıb.

“Kolbasada ət azdır, zülal təminatı cüzidir. Amma əvəzində piy, yağ, rəng, dadlandırıcı, natrium çoxdur. 100 qr bişmiş kolbasanın 20%-i yağdır. Hisə verilmişim isə 50%-i.

İnsanın sutkalıq yağ norması 30%-dən çox olmamalıdır.

Bizim digər bitki və heyvani yağlar qəbul etdiyimizi də nəzərə alsaq, kolbasa bu miqdarı normadan yuxarı qaldırır.
Bu isə artıq çəki, piylənmə, damarların tıxanması, ürək-damar problemlərinə səbəb olur.

100 qr kolbasada 2,5 qr duz var. Bəzən duz miqdarı bundan da çox olur.

İnsan gündə 5 qram duz qəbul etməlidir. 100 qram kolbasa bunun yarısını ödəyir. Amma biz digər qidalar, meyvə-tərəvəzdən də duzu alırıq. Ona görə kolbasa çox yeyənlərin bədənində duz çox olur, o toxumalarda yığılır, şişkinlik yaranır, arterial təzyiq yüksəlir.
Bu da ürək və böyrəklərin yükünü artırır.

ÜST bildirir ki, müntəzəm kolbasa yemək siqaret çəkmək qədər zərərlidir.

Hər gün 5 qr emal olunmuş kolbasa, ət, sosis, bekon, vetçina yeyənlərdə bağırsaq xərçəngi 18% artır.

Qızarmış, hisə verilmiş, termiki işlənmiş qırmızı ətdə kanserogen maddə həmişə yaranır. Bəzi kolbasalarda benzpiren adlı kanserogen maddə var.

Hər gün kolbasa yemək insanı onkoloji xəstəliklərə yaxlnlaşdırır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.