Hər gün zibilə atılan dərman FOTOLAR

Portağal qabığının faydası

Payızın ən nəfis meyvələrindən biri, C vitamini mənbəyi olan portağalın əsl vaxtıdır. Bu meyvə sizi qış aylarında bir çox xəstəlikdən asanlıqla qoruya bilər. Onun faydasını isə bilməyən demək olar ki, yoxdur. Bəs hamımızın soyaraq zibilə atdığı portağalın qabığının hansı dərdlərə dəva olduğunu bilirsiz? İstiPress portağal qabığından daha səmərəli istifadə yollarını təqdim edir.

Ayaq göbələyi
Qabığın tərkibindəki müxtəlif qaz və birləşmələr mikrobları məhv edir.

Öksürək
Antioksidanlar sayəsində öskürəyə səbəb olan amilləri aradan qaldırır. Qurudulan qabıqları qaynar suda dəmləyib 2 həftə sərin yerdə saxlayıb, sonra suyunu süzərək sirop kimi içə bilərsiz.

Həzm problemi 
Toz halına salınan portağal qabıqlarını yeməyinizə bir az qatmağınız kifayətdir.

Bronxit
Yeməkdən öncə 2 yemək qaşığı portağal qabığının üzərinə 1 qəhvə fincanı isti su əlavə edib için. Bu su ağciyərlərə hava ötürən kanalları açır, iltihablanmanın qarşısını alır.

Kekslərə dad 
Bir neçə qabığı blenderdə əzərək şirniyyatlarınıza həm nəfis dad, həm də ətir verə bilərsiz.

Otaq parfümü 
Qurudulan qabıqları kiçik şam qabına əlavə edin, onları yandırıb. Bu tüstü sizə rahatladıcı təsir göstərəcək.

Dəriyə qulluq 
Bir çox kosmetik markanın istifadə etdiyi bu faydalı məhsuldan hər kəs evdə faydalana bilər. Məsələn, bir kasaya 2 çay qaşığı portağal qabığının əzilmişini, greyfurt qabığı, 2 qaşıq bal qatın. 15 dəqiqə üzdə saxlayın. Dərinizin neçə yumşaq və təmiz olduğunu gözlərinizlə görəcəksiz.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir