Həyəcan siqnalı verildi: TÜRKİYƏ ORDUSU BU ƏRAZİYƏ GİRDİ

Bizimsesimiz.info // PYD terror təşkilatının “Fərat qalxanı” əməliyyatının getdiyi bölgəyə hücumları Türkiyə Silahlı Qüvvələrini hərəkətə keçirib.

Enter.News xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, hücumlardan sonra türk ordusuna həyəcan siqnalı verilib və işğal altında olan Tel Rıfat ətrafına əlavə hərbi birliklər göndərilib.

PYD-nin işğal etdiyi Tel Rıfat, Matar Minnaq və Horbüldən Türkiyə ordusunun Mare qəsəbəsindəki mövqelərinə yaxın nöqtələrə Qrad və başqa silahlardan atəş açması həm türk əsgərini, həm də Azad Suriya Ordusunu hərəkətləndirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.