Azərbaycanda “Dəmir yumruq” abidəsi qoyulub.

Abidə Xocavənd rayonunun Hadrut qəsəbəsində ucaldılıb.

Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Qeyd edək ki, “Dəmir yumruq” Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here