Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunların başa düşdükləri bir-birindən fərli olacaqdır.

Bizimsesimiz.info muselmanlar.com-a istinadən bildirir ki, Quranı başa düşmək başqa məsələ, ondan hansısa hökm çıxarmaq başqa bir məsələdir. Hər bir müsəlman Quranı başa düşməlidir. Bu onun öhdəliyidir. Amma Qurandan hökm çıxarmalı deyil; çünki bu onun öhdəliyi deyil. Qurandan hansısa hökm çıxarmaq alimlərin işidir. Alimlər də Quranı öz başlarına deyil, müəyyən metodlara əsasən təfsir edir, ondan hökm çıxarmağa çalışırlar.

Quranı izah edib açıqlamaqda Quranın özünün göstərdiyi metodlar var. Bu metod bir mütəxəssis heyəti tərəfindən tətbiq olunmalıdır. Bu heyəti təşkil edənlər Quranın izahlarını anlaya bilərlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here