“Haram” dükanlar şəbəkəsi açıldı

İlk baxışdan Allaha zidd görünən bu addım, eyni zamanda, ibrətamiz bir ictimai qınaq nümunəsidir…

Bakının və digər şəhər, rayon mərkəzlərinn küçələrində sakinləri, xüsusən müsəlman, mömin alıcıları cəlb etmək  üçün satış məntəqələrinin, eləcə də kolbasa, sosiska, toyuq və s. məhsullar üzərində, eləcə də telekanallardakı reklamlarda “halal” sözünü və ya brendini görüb-eşitməyə adət etmişik.

Dediklərimizin əksinə olaraq  müsəlman respublikalarından birində artıq bir ildən çoxdur ki, “Haram” mağazalar şəbəkəsi fəaliyyətə başlayıb. Bizimsesimiz.info moderator.az-a istinadla xəbər verir ki, söhbət Tatarstandan gedir.

Yerli sakinlərdən  birinin “Feysbuk” sosial şəbəkəsində yazdığına görə, respublikanın Sabinsk rayonunun hakimiyyət qurumları əksəriyyəti halallıq,  o cümlədən spirtli içki və tütündən uzaqlıq, ayıqlıq tərəfdarı olan əhalinin arzularını əsas götürərək gözlənilməz bir addım atıblar. Belə ki, sakinlərin xahişini nəzərə alaraq rayon mərkəzində və ətraf kəndlərdə alkoqol satışı “Haram” dükanlar şəbəkəsi açılmaqla məhdudlaşdırılıb. Yəni spirtli içkilər ancaq həmin mağazalarda satılır.

Bu, yenilik bir tərəfdən Allaha, İslama zidd  kimi qəbul olunsa da, eyni zamanda gözəl bir ictimai qınaq nümunəsidir.  Bunu Sabinsk rayon sakininin “Feysbuk” dakı  şərhi də sübut edir:” Bir çox adamlar “Haram” adlı dükanlara girərək  araq-filan almağa çəkinirlər. Rayonda uşaqlar digər mağazalarda, demək olar ki, alkoqol və tütün məmulatı görmürlər…”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir