HATAYDA 4 KÖRPƏ DAĞINTILAR ALTINDAN BELƏ ÇIXARILDI – VİDEO

Hatayda dağılmış binanın dağıntıları arasında sağ qalan 4 uşaq 3 saat ərzində vətəndaşlar tərəfindən xilas edilib. Digər tərəfdən Hatayın Payas rayonunda uçan 3 mərtəbəli binada 11 nəfər yaralanıb, 4 nəfərin cəsədi tapılıb.

Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, dağıntıları altında qalan ailə sağ-salamat xilas edilib. Uşaqların dağıntılar altından çıxarılması anbaan görüntülənib.
Xilasetmə işlərinə ağlayaraq qatılan vətəndaşlar, davamlı dua edərək “Ya Rəbbim, Allaha şükürlər olsun. Allah kömək olsun” dedilər. Dağıntılar altından çıxarılan 4 uşağın səhhətinin yaxşı olduğu bildirilib.


5 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir