Bizimsesimiz.info  // Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə TK sədri Kəramət Salayev sosial şəbəkədə Türkiyənin Afrin əməliyyatına münasibət bildirib. Bizimsesimiz.info Kəramət Salayevin facebook səhifəsində yazdığı fikirlərini oxucularına çatdırır.

” Qardaş Türkiyənin dövlət sərhədələrinə yaxın bölgədə qərargahlar quran terrorçu təşkilatlara qarşı apardığı şərti adı “Zeytin Budağı” əməliyyatının 6- cı günü tamam olur. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan anti terror əməliyyatının uğurla davam etməsi gerçəkdən terror və separatizmdən əziyyət çəkən dövlətləri, xalqları ruhlandırmaqla yanaşı onların haqq işlərinin həyata keçməsi üçün presedentə çevrilir. Təəssüf ki, bəzi imperiya xislətini tarixən davam etdirən bədxah qüvvələrin maraqlarına zidd olan bu anti terror hərbi əməliyyatı, onların da mənasız müqavimətlərini ortaya çıxardır.

Türkiyə Silahlı Qüvvələrinin Amerika və digər Qərb dövlətlərinin açıq və gizli himayə etdiyi, maliyyə və mənəvi dəstək verdiyi terrorçu təşkilatlara qarşı havadan və qurudan apardığı uğurlu hərbi əməliyyat təkcə Türkiyənin terror təşkilatları ilə dövlət sərhəddində bufer ərazi yaratması deyil. Əməliyyatın mühüm trəflərindən biri də budur ki, bir neçə ay əvvəl İsrailin açıq dəstək verdiyi, bölgə dövlətlərinə təhdid üçün elan edildiyi oyuncaq dövlət projesi tamamilə sıradan çıxarılır.

Türkiyənin “Zeytun budağı” əməliyyatı imperiya dövlətlərinin İslam dünyasının yenidən şəkilləndilirilməsi üçün cızdıqları planı pozmaq baxımından, görüləcək əks tədbirlərin tərkib hissəsi kimi qəbul etmək də olar. “Böyük İsrail” qurulması üçün Böyük Orta Şərq Projesini başladan Amerika və İsrail prosesi irəlilədə bilmirlər. Məhz “Zeytun budağı” əməliyyatının əhəmiyyəti bu baxımdan da qiymətləndirilməlidir. Bu əməliyyat həmdə İslam dünyasının lider dövləti təşəbbüsünü ələ alan Türkiyənin artıq Amerika və Qərbin müsəlman dövlətlərinə olan təzyiqlərinin qarşısında sipərə çevrildiyinə də bir işarədir.

Bir neçə müsəlman dövlətlərinin o cümlədən Azərbaycanın bu antiterror əməliyyatını aparan qardaş dövləti dəstəkləməsini təqdir edirik. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin də hava və quru qoşunlarının bu əməliyyatlarda iştirakı, ordumuzun terrorçulara qarşı mübarizəsində yeni təcrübələr qazandırmış olar. Qardaş dövlətin Afrində savaşan əsgərlərinə qələbələr arzu edirik, dualarımızın mehmetçiklə olduğunu deyirik.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here