Keçmiş deputatlar əmək pensiyalarına gözlənilən əlavə xəbərindən danışdılar

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə yeniliklər edilir.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

“Yeni Müsavat”a danışan sabiq deputat Sabir Rüstəmxanlı durumu ilə bağlı öz narazılığını bildirdi: “25 il deputat oldum,  çıxan kimi də diplomatik pasportumu təhvil verdim. Halbuki 25 il deputat olmağım mənim elə ömürlük diplomat olmağıma əsas verir. Fəal bir xalq şairi, partiya sədri, beynəlxalq aləmdə tanınan  adam kimi tez-tez müxtəlif ölkələrə görüşlərə gedirəm. Hər halda, bu ölkənin adından səfərlər edirəm. Nə üçün mənim cibimdə diplomatik pasport olmasın, kimlərinsə qohumlarının cibində olsun.

Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Anlaşılmaz şey deyil ki. Bu məsələlər ölkənin ziyanınadır. Onsuz da üzümə qapılar açıqdır. Yəni məsələ bu deyil. Ancaq prinsipləri əsas götürdükdə bu ölkəyə, vətənə xidmət etmiş insanlarımıza hansı münasibət göstərilir? Gərək bunu Milli Məclis və hakimiyyət nəzərə alsın. Deputatlar hazırda maaşlarının 80 faizini pensiya kimi alırlar. Deputatların maaşları artdıqdan sonra bizim də pensiyanın artıb-azalması barədə məlumatım yoxdur. Çünki ölkədə deyildim”.

İstiqlalçı deputat Firudin Cəlilov ile ilgili görsel sonucu

İstiqlalçı deputat Firudin Cəlilov da “Yeni Müsavat”a açıqlamasında deputat pensiyası ala bilməməsi ilə bağlı şikayətləndi: “Neçə dəfə məhkəməyə müraciət etsəm də deputat pensiyası ala bilmirəm. Buna maneə yaradılır. Məhkəmənin gedişində hər şey normal olur. Ancaq sonuncu gün haradansa zəng gəlir, vəziyyət dəyişir. Azərbaycanın istiqlalçı deputatları nə üçün deputat pensiyası almalı deyil? Hazırda pensiyam bir evdar qadının aldığı pensiya qədərdir. Eləcə də Hacıbaba Əzimov, Məryəm xanım da daxil olmaqla, üçümüz dəfələrlə məsələni qaldırmışıq. Ancaq heç bir faydası olmayıb. Yeni qanunla da maraqlanmıram. Çünki bilirəm ki, bunun bizə bir faydası yoxdur. Dünyada belədir ki, istiqlalçı deputatlara həddindən artıq böyük güzəşt edilir. Elə ölkə var ki, onların hamısını milli qəhrəman edib. Bəzi ölkələrdə isə istiqlalçı deputatlar ömürlük deputat kimi parlamentdə otura bilərlər. Düzdür, səsvermə hüquqları yoxdur, ancaq dövləti quran insanlar kimi dəyərləndirilirlər. Təbii ki, pensiyaları da ən yuxarı həddədir. Yalnız bizdə vəziyyət bu cürdür. Kimsə hər zaman istiqlalçı deputatların pensiya almasına mane olur. İstiqlalçı deputatların da artıq çoxu dünyasını dəyişib, bəziləri xaricə köçüb. Yəni daha onsuz da 5-6 nəfər qalmışıq. Onların içərisində müəyyən vəzifələrdə işləyib, sonra deputat olanları da var ki, hazırda bu şəxslərin pensiyaları normaldır. Yerdə qalanlar isə dediyim kimi, çox az miqdarda pensiya alırlar. Qanuna görə, sovet dövründə kimsə hansısa vəzifədə işləyirdisə, indi həmin vəzifədə işləyən şəxsin aldığı pensiya ona da verilir. Bu, polis rəisi, hərbiçi, təhlükəsizlik işçisi və digərlərinə də aiddir. Necə olur ki, keçmiş kommunistlərə pensiya verirlər, bu dövləti quran, Müstəqillik aktının altında imzası olanlara pensiya vermirlər. Nəticədə dövlətə, hökumətə qarşı narazılıq yaradır. Mən vaxtilə 5 il deputat maaşı almışam. Əmək kitabçam da orada idi. Ancaq bütün bu sənədlərə rəğmən, hazırda biz deputat maaşından məhrumuq”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here