Bizimsesimiz.info // Dünya neft bazarında hazırkı qiymət diapazonu (50-60 dollar/barel) istər istehsalçılar, istərsə də istehlakçılar üçün kifayət qədər uyğundur.

“Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib. Lakin Novak neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşmə ehtimalları ilə bağlı suala cavab verməkdən imtina edib.

“Bizim vəzifəmiz OPEC+ anlaşması çərçivəsində neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etməkdir. Lakin hələ də neft ehtiyatlarında artıq həcm qalmaqda davam edir. Əsas məqsəd investorların neft sektoruna inamını bərpa etmək, investisiyaları canlandırmaqdır. Qiymətlər isə bazar şərtləri daxilində formalaşacaq”, – nazir vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here