Hazırlıqlar tamamlandı: Türk ordusu Suriyaya girir

Bizimsesimiz.info // Türkiyə, Rusiya və İranın dünən Suriya ilə bağlı imzaladığı tarixi razılaşmadan sonra türk hərbçilərinin Suriyanın Yayladağı və Reyhanlı mahallarında yerləşdirilməsi gözlənilir.

Axar.az xəbər verir ki, türk əsgərləri Rusiya və İran hərbçilərinin də iştirakı təhlükəsiz elan edilən bölgələrdə atəşkəsə nəzarət edəcək.

Ümumilikdə 500 əsgər İdlib və ətraf əraziləri qoruyacaq.

NTV-nin yaydığı məlumata görə isə, Hataydakı Cilvəgözlü sərhəd-keçid məntəqəsində hələ ki, hərəkətlilik müşahidə edilmir və adi qaydada hərbçilərin keçidi təmin edilir.

Lakin bu həftə ərzində hərbi artilleriyanın və canlı qüvvənin Suriyanın 30-50 km-ə qədər daxilinə irəliləyəcəyi deyilib.

Türk hərbçilər Cebel, Erbain, Taftanaz, Cisreş Şuğur, Eriha, Marat Numan ve Xan Şeyhun nöqtələrində yerləşdiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir