“Heç bir halda Amerika və İsrailə etimad edilməməlidir”
Bizimsesimiz.info // Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali lideri Ayətullah Xamenei ilə görüşüb.
SalamNews “Mehr”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda səfəri çərçivəsində İranın ali dini lideri Ayətullah Xamenei ilə görüşüb. Görüşdə bölgədə cərəyan edən siyasi böhran və əsasən İraqın Kürdüstan əyalətində keçirilən referendum məsələsinə toxunulub. O bu seçkiləri xəyanət adlandırıb. Ayətullah Xamenei Türkiyə ilə İran arasında əlaqələrin vacibliyindən danışıb. O, İraqın Kürdüstan əyalətində yaranmış problemi Amerika və İsrailin planlarının tərkib hissəsi adlandıraraq deyib: “Heç bir halda Amerika və İsrailə etimad edilməməlidir. Onlar bölgədə “Yeni İsrail” yaratmaq arzusundadır.”
Ayətullah Xamenei islam dünyasının, xüsusilə Şərqi Asiya və Şimali Afrikada baş alıb gedən problemlərə toxunaraq deyib: “Türkiyə və İran bu problemlərin həlli istiqamətində birləşərək, birgə fəaliyyət göstərsələr, hər iki ölkənin, o cümlədən islam dünyasının mənfəətinə səbəb olacaq”.
Daha sonra Rəcəb Tayyib Ərdoğan İraqın Kürdüstan əyalətində keçirilən referendum barədə deyib:”Əlimizdə olan sənədlərə əsasən, Amerika və İsrail Kürdüstan məsələsində razılığa gəliblər. Bərzani bu işə əl atmaqla bağışlanmaz səhvə yol verib”.
İsraildən başqa heç bir ölkənin İraq Kürdüstanını tanımadığını deyən Türkiyə prezidenti İraqla qonşu ölkələri bu məsələdə ciddi addımlar atacağına ümidvar olduğunu bildirib.
200 mg 20 mL x 5 amps buy cialis online uk Serum level determinations for phenytoin are especially helpful when possible drug interactions are suspected