“Heç vaxt içki içməmişəm, siqaret çəkməmişəm”- Tramp / Video
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkədə narkotiklə mübarizə mövzusunda çıxış edərkən bildirib ki, narkotiklə mübarizədəki vəziyyət çox acınacaqlıqdır.
Donald Tramp, “Mən özüm heç vaxt içki içməmişəm, siqaret çəkməmişəm”, -deyə söyləyib.
O, 42 yaşlı qardaşının çox içki içdiyinə görə ölməsinə işarə edərək, “Qardaşım həmişə mənə deyərdi ki, heç zaman içki içmə. Mən də qardaşımın nəsihətinə əməl edərək nə içki içdim, nə də siqaret çəkdim”, -deyə qeyd edib.
Qeyd edək ki, gələn həftə ABŞ-da narkomaniya hadisələrinin artması ilə bağlı fövqəladə vəziyyət elan ediləcək. Bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp deyib. O, vurğulayıb ki, böhrandan çıxmaq üçün Meksika ilə sərhəddə divar yaradılmalıdır. Dövlət başçısının sözlərinə görə, qadağan olunmuş preparatlar məhz burdan ştata ötürülür. //eastnews.org