Heç “xristian terroru”, “yəhudi terroru”, “bütpərəst terroru” sözləri eşitdinizmi?

Bizimsesimiz.info // Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Ərdoğan burada müsəlman cəmiyyəti nümayəndələrilə görüşüb.

Ərdoğan çıxışında deyib:

“Bu günə qədər heç “xristian terroru”, “yəhudi terroru”, “bütpərəst terroru” və ya “ateist terroru” deyə sözlər eşitdinizmi? Bu günlərdə Myanmanın Arakan bölgəsində törədilən müsəlman faicəsi göz önündədir. Bir milyona yaxın arakanlının bir qismi soyqırıma məruz qaldı, bir qismi torpaqlarından didərgin salındı, Banqladeşə keçdi, bir qismi isə sərhəd diblərində ölüm-dirim həyəcanı yaşayır. Baxın, biz heç vaxt “Rohingyalı müsəlmanları bütpərəstlər öldürdü” deyə vurğulamırıq. Bəs onlar və bütpərəstlərə “humanist” deyənlər hansı haqla “İslam terroru” ifadəsini işlədir?..

Dünyada müxtəlif inanclara mənsub adamlar tərəfindən terror törədilir. Cinayətkar müsəlman olanda adını “İslam terroru” qoyurlar. Amma başqa inanc sahibi isə məsələ adi hal kimi gündəmdən silinir.

Yaxınlarda Meksikada gülcü zəlzələ oldu. Bizim Qırmızı Aypara Cəmiyyəti artıq oradadır. Bizdə ayrı-seçkilik yoxdur. Fəlakət harada varsa, biz kömək üçün oradayıq. Başqa mədəniyyətlərdə bir adamın ölümünü faciə, bir milyon insanın ölümünü statistika kimi görənlər var.”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir