“Düzdür mənə zəng gəlib, məni ora çağırıblar, ancaq, heç yerə getməmişəm, heç kəsi də bağışlamamışam, üzr istəmə də olmayıb”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında dünən polisin yarıçılpaq şəkildə evindən apardığı Süleymanov Elvinin anası Süleymanova Gülər deyib. O bildirib ki, bu gün polisdən ona zəng gəlib və onu şöbəyə çağırıblar, ancaq heç yerə getməyib və üzr istəmə, bağışlama olmayıb.

Qeyd edək ki, bu gün DİN-dən verilən açıqlamaya görə, Gülər Süleymanovaya qarşı təhqiramiz ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb və ondan üzr istəyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here