“Heydər” məscidində vəhdət namazı qılınıb
Bakıdakı “Heydər” məscidində 2016-cı il iyulun 15-də Türkiyədə edilən dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, ilahiyyatçı alimlər, ziyalılar və inanclı insanlar iştirak ediblər.
Mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna “Qurani-kərim”in oxunması ilə başlayıb. Daha sonra vəhdət namazı qılınıb.