“Himnimizi ən müqəddəs kişilər yazıb, biz də bəyənmişik, oxumuşuq” – VİDEO

Bizimsesimiz.info // Xəbər verdiyimiz kimi, Ermənistan sovet dönəmindəki dövlət himninin bərpasına çalışır. Əgər xatirinizdədirsə, bir müddət öncə ölkəmizdə də bəzi qüvvələr bizim himnimizin dəyişdirilməsi barədə təkliflərini irəli sürmüşdülər. Sovet vaxtındakı Azərbaycan himninin indiki himnimizdən daha yaxşı olduğunu iddia edərək yenidən həmin himnə qayıtmaq arzusunda olduqlarını bildirmişdilər.

Maraqlıdır, Ermənistan himinini dəyişəcəyi təqdirdə ölkəmizdəki həmin qüvvələr yenidən öz istəklərini orataya ata bilərlərmi?

Tanınmış şair Musa Yaqub Moderator.az-a açıqlamasında bu barədə danışıb.

“Ermənistan hara qayıdırsa, qayıtsın, nəyini dəyişirsə, dəyişsin. Biz kiminsə ardınca gedən millət deyilik ki, biz də onlara uyub Sovetin vaxtına qayıdaq. Bizim rəhbərliyimiz də çox şükür ki, heç vaxt buna yol verməz, ölkəmizin öz siyasəti var. Axı biz nə üçün dəyişməliyik? Bunu istəyənlər əvvəlcə bir tutarlı səbəb göstərsinlər, görək göstərə biləcəklərmi.

Bu cür gözəl himnimiz var, nəyə görə dəyişməliyik axı, səbəb nədir? Himni dəyişmək kiminsə istəyiylə deyil ki. Bizim himinin müəlliflərinə münasibətimiz dəyişsə belə himni dəyişməməliyik. Bu fikirdə olanlar çox nahaq düşünürlər.

Düzdür, SSRİ dövründəki himnimiz də yaxşı idi, odlar diyarı Azərbaycan tərənnüm olunurdu, bizim sifətimiz himnimizdə görünürdü. Ancaq indi biz müstəqil dövlətik, sözümüz də müstəqildir, himnimiz də müstəqildir. Ən müqəddəs kişilər yazıb himnimizi və biz də bəyənmişik, oxumuşuq. Əsrlər keçsə belə himnimiz olduğu kimi də qalmalıdır!”

Moderator.az Azərbaycanın SSRİ-nin dönəmindəki himnini də təqdim edir: