Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir

Bizimsesimiz.info // Hindistan on minlərlə müsəlman rohincaları ölkədən deportasiya etmək niyyətindədir.
Hindistan hökuməti onların ölkədə qanunsuz şəkildə yaşadığını iddia edir.

Hindistan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi K.S.Dhatvalia bildirib ki, Nyu-Dehli hazırda təxminən 40 min müsəlman rohincanın ölkədən çıxarılması üçün Banqladeş və Myanma ilə danışıqlar aparır.

Hindistan rəsmilərinin iddiasına görə, hazırda ölkədə yaşayan təxminən 14 min müsəlman rohinca BMT-də qaçqın kimi qeydiyyata düşüb, digərləri isə qanunsuz şəkildə ölkə ərazisində yaşayır və onları deportasiya gözləyir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hindistan nümayəndəliyi isə rohincaların deportasiyası ilə bağlı Hindistan tərəfinin planlarını öyrənməyə çalışdığını deyib. (avropa.info)

2 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir