Hindistan hökuməti “Tac Mahal”ı turizm obyektləri siyahısından çıxarıb
Bizimsesimiz.info // Hindistan hökuməti dünyanın yeni yeddi möcüzəsindən biri, dünyanın ən gözəl, ən möhtəşəm Tac Mahal türbəsini turizm yerlərinin siyahısından çıxardıb.
Bizimsesimiz.info maide.az-a istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalət hökuməti xüsusi İslami memarlığı ilə seçilən və ildə 6 milyon turistin diqqətini özünə cəlb edən Tac Mahal türbəsini ötən həftə turizm obyektləri siyahısından çıxardıb.
Uttar Pradeş əyalətinin turizm təşkilatının sədri Rita Bahuquna bəyanat yayaraq turizm yerlərinin yeni siyahısını təqdim edib. 32 səhifəlik siyahıda buddist və hindulara məxsus bir çox tarixi bina yer alsa da Tac Mahal türbəsi siyahıdan çıxarılıb.
Məlumatda bildirilir ki, əyalətdə milliyyətçi və sağçı milli hökumət seçkilərdə qələbə qazanmaq üçün yalnız hinduları rəsmən tanıyacağını bildirib. Tac Mahal İslami mədəniyyətin irsi olduğu üçün ona yad münasibət sərgilənib.
Qeyd edək ki, Tac Mahal türbəsi 1983-cü ildə UNESCO Ümumdünya İrsi siyahısına alınıb. 2007-ci ildə aparılmış bir sorğunun nəticəsində görə dünyanın yeni yeddi möcüzəsindən biri hesablanır.