Bizimsesimiz.info  // Hindistan nüvə başlığı daşımaq tutumuna malik 5 min kilometr mənzilli “Agni-V” ballistik raketini sınaqdan keçirib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, Çin və Rusiyanı vura biləcək mənzilə sahib raket Əbdülkəlam adasından atılıb.

Hindistan müdafiə naziri Nirmala Sitharaman nüvə başlığı daşıma gücünə malik “Agni-V” ballistik raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb, ancaq yerli mətbuat raketin bütün testlərdən keçib-keçmədiyinin hələ məlum olmadığını yazıb.

“Agni-V” ballistik raketi bütün sınaqlardan keçərsə, Hindistan dünyada uzunmənzilli ballistik raketə malik 6-cı ölkə olacaq. Qeyd edək ki, ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya dünyada uzunmənzilli ballistik raketlərə sahib ölkələrdir. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here