“Hökumət bu yolla virusun yayılmasına bir növ qapı açır” (EKSPERT)

“Hökumət 190 manat ödənişləri edərkən məgər ya yazılı, ya şifahi xəbərdarlıq etmişdi ki, bu puldan 5-10 manat götürməsəniz, geri qaytarılacaq və ya kart blok olunacaq? Elə bir şey olmayıb axı”.
Bunu HİT.Az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun “Vətəndaş 190 manatın heç olmasa 10 manatını kartdan çıxarsaydı, bloklanmazdı” fikrinə münasibət bildirərkən deyib. Ekspert əlavə edib ki, ola bilər ki, vətəndaş əlində olan vəsaiti xərcləyib, kartdakı pulu da kommunal xidmətlərə, elektron alış-verişə xərcləməyi düşünür:
“Hökumətin bu addımı ona görə məntiqsizdir. Əslində birincisi hökumət çalışmalıdır ki, nəğdləşmə az olsun. Amma belə yanaşma sanki cəmiyyətə bir mesaj verir ki, siz mütləq nəğdləşməni həyata keçirin, bankomatların qabağında növbələr yaransın. Həmin vaxt sosial məsafəni də gözləmək çətin olur. Bu da virusun yayılmasına bir növ qapı açır. Bu baxımdan öncədən xəbərdarlıq olunmayıbsa, indidən blokun qoyulması vətəndaşa qarşı haqsızlıqdır. İkincisi də əgər doğurdan da ehtiyacı olmayan vətəndaşlara ödənilibsə, bu qərarı kim verib, necə verib, hansı kriteriyalara görə verilib, necə hesablanıb, hansısa məlumatlar araşdırılıbmı? sualları ortaya çıxır. Bu da olmayıbsa, yenə vətəndaşın günahı deyil, hökumətin müvafiq qurumlarının günahıdır. Ümumilikdə götürüləndə bu mesaj çox neqativ mesajdır. Həm cəmiyyətə, həm 190 manat alanlara çox neqativ mesajdır. Kartda pul saxlamayın, nəğdləşdirin… Bu əksinə həm bank sisteminə əlavə yük yaradır, həm şəfaflığın azalmasına xidmət edir. Bu baxımdan qərarın kökündən səhv olduğunu düşünürəm”.

1 COMMENTS

  1. Yeah, we have all been there before, what the hell is going on here This, this mind is already calm enough, we do not dare to do anything when we are cultivating cialis tablets for sale 12 However, the actual transcriptional mechanism of Nanog is still not clearly understood, but studies have established that epigenetic regulators promote Nanog transcription activity, whereas other studies indicated direct positive or negative transcription regulation, and a recent study stated that Nanog transcription has its own regulator auto regulator

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir