Bizimsesimiz.info  // Hollandiya ABŞ-ın Fələstinə edəcəyi yardıma məhdudiyyət qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına (UNRWA) 13 milyon avro yardım edəcəyini açıqlayıb.

Bizimsesimiz.info TRT-yə istinadla məlumatına görə, Niderland Xarici Ticarət və İnkişaf Əməkdaşlıq naziri Siqrid Kaaq mövzu ilə əlaqəli bəyanatında bildirib ki, “UNRWA-nın qarşı-qarşıya olduğu maliyyə çətinliklərə biganə qalmayaraq təcili yardım qərarı qəbul etdik”.

Birləşmiş Millətlər Təşkilatı (BMT), UNRWA-nın tarixin ən böyük maliyyə böhranını yaşadığını bildirdiyini ifadə edən Kaaq, bu vəziyyətdən insanların, xüsusilə də uşaqların, bölgədəki sabitliyin mənfi təsirləndiyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinə yenidən baxılacağını  açıqlamışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here