Bizimsesimiz.info  // Niderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib.

Bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək.   Qeyd edək ki, 2017-ci il iyulun 7-də Türkiyə Baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib.

Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here