Hollandiyada inşası gedən məscidə hücum etdilər
Bizimsesimiz.info // Hollandiyada ifrat sağçı “ID Verzet” hərəkatına aid qrup Venlo şəhərində tikintisi davam edən Tövhid Məscidinin damına və minarəsinə çıxaraq islamofobik və irqçi ifadələrin olduğu plakat asdı.
Plakatda Türk və holland dillərində:” Uzaq dur, Hollandiya bizimdir. Səmtimizdə məscid istəmirik, İslamçıları istəmirik” ifadələri yazılır.
Qrup plakatlarla birgə çəkdirdikləri fotonu sosial mediadan bölüşərək: “məscid işğal etdik” yazdılar.
Tövhid Məscidinin rəhbəri Əhməd Dursun bölgədə son 30 ildə ilk dəfə belə bir aksiyanın keçirildiyini söylədi.
Dursun: “Bu aksiyanı keçirərək müsəlmanları qıcıqlandırmaq istəyirlər, amma biz mübarizəmizə rəsmi yollara əl ataraq davam edəcəyik. Bələdiyyə sədri və nümayəndələri ilə görüşlər keçirdik. Onlar bizim tərəfimizdədirlər. Biz bu hadisələrin bir daha baş verməməsi üçün lazım olan tədbirləri görəcəyik” dedi.
Məscidin inşaatını böyük çətinliklər ilə başladıqlarını söyləyən Dursun: “Venlo şəhəri ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wildersin doğulub böyüdüyü şəhər olduğu üçün o, burada yeni bir məscidin inşasına qarşı çıxmışdı. Eyni şəkildə məscidin olduğu bölgədəki bəzi ifrat sağçılar da məscidin tikilməsinə qarşı oldular. Buna baxmayaraq, biz mübarizə edərək bu məscidin inşasına başladıq” deyə danışdı.
Dursun polisin aksiyanı törədənləri yaxaladığını və məscid ətrafında təhlükəsizliyi təmin etdiyini sözlərinə əlavə etdi.