Hollivud ulduzu İslam dəyərlərini təbliğ edir
Bizimsesimiz.info // İnternetdə yayılan və tanınmış Hollivud aktyoru Kiyanu Rivzə məxsus olduğu iddia edilən ifadələr böyük marağa səbəb olub.
Beyrutda qarışıq nikahdan doğulan aktyorun ateist dünya görüşünə malik olduğu bildirilir.
“Mən belə dünyanın bir hissəsi ola bilmərəm. Ərlər arvadlarını yüngül əxlaqlı qadınlar kimi geyindirib gizli qalması lazım olan hər şeyi aşkar edirlər. Namus və ləyaqət yoxdur, insanların sözünə isə ancaq “söz verirəm” dedikdə inanmaq olar. Qadınlar uşağa, kişilər isə ailəyə sahib olmaq istəmirlər. Ağızlarından süd iyi gələnlər atalarının avtomobillərində özlərini böyük sanırlar, bir az səlahiyyəti olan isə sizə dəyərsiz olduğunuzu sübut etməyə çalışır. İnsanlar əllərində badə tutaraq həyasızcasına Allaha inandıqlarını iddia edirlər, amma öz dinlərindən heç bir anlayışları yoxdur. Qısqanclıq utancverici, təvazökarlıq isə çatışmazlıq sayılır. İnsanlar məhəbbəti unudublar, onlar yalnız daha sərfəli tərəf müqabili arayırlar. İnsanlar avtomobillərinin hər səsinə diqqət yetirib onu təmir edirlər, özləri isə o qədər cılız görünürlər ki, bu cılızlığı elə ancaq bahalı avtomobil ört-basdır etməyə qadirdi.Gənc oğlanlar primitiv musiqi sədaları altında valideynlərinin pullarını gecə klublarında içkilərə israf edirlər, qızlar isə buna görə onlara aşiq olurlar. Qadın və kişi artıq fərlənmir və buna seçim azadlığı deyillər, amma başqa yolu seçənləri geridə qalmış kimi damğalıyırlar. Mən öz yolumu seçirəm. Heyif ki, qarşılıqlı anlaşma axtardığım insanlarda bunu tapa bilmədim…”.
Müsəlmanlar bu sitatı çox bəyəniblər, çünki burda İslam dəyərləri də öz əksini tapıb. // islam.az