Homoseksual uşaqların sevgisindən bəhs edən İLK CİZGİ FİLMİ çəkildi

Bizimsesimiz.info // Həmcinslər arasında sevgi, eşq macəralarının yaşanması və bu yaşantıların nikah kəsilməsinə qədər gedib çıxması artıq Avropa cəmiyyətlərində normal hala çevrilməkdədir. Hər dəfə bir Avropa ölkəsində eyni cinsdən olan insanların nikaha daxil olmasına icazə verən qanunlar qəbul olunur. Bu yöndə yeni konvensiyalar, beynəlxalq öhdəliklərin tətbiqinə başlanılır.

Moderator.az xəbər verir ki, hemoseksuallar arasında sevgi münasibətləri artıq Avropa məkanında yaradıcılıqda mövzuya çevrilib. Böyüklər arasında yaşanan bu kimi hallar artıq uşaqlar, məktəblilər arasında da özünü göstərməkdədir. Təqdim etdiyimiz bu videoda olduğu kimi…

Avropada cizgi filmi çəkənlərin bu dəfəki mövzusu hemoseksual bir məktəblinin öz həmcinsi olan yaşıdına sevgi hisslərini nümayiş etdirməsi ilə bağlı olub.

Qeyd edək ki, uşaq fimlərində bu mövzunun təbliği bir ilkdir. Film mühafizəkar dairələrin, xüsusilə ruhanilərin etirazına səbəb olub. Etirazçılar hesab edir ki, bu kimi filmlər məktəblilərin şüuruna mənfi təsir göstərə, onları həmcinslərinə qarşı meylliliyə cəlb edə bilər.