Bizimsesimiz.info  // Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında hücuma hazırlaşdıqları müəyyən edilən terror təşkilatı mənsublarına qarşı hava əməliyyatı keçirdi.

Baş Qərargah Rəisliyinin yaydığı məlumatda İraqın şimalında Zap, Avaşin, Basyan və Hakruk  bölgələrində aparılan kəşfiyyat nəticəsində terrorçuların polis bölmələri və hərbi bazalara hücuma hazırlaşıldığına dair məlumat əldə edildiyi bildirildi.

Məlumatda Hava qüvvələrinin həyata keçirdiyi əməliyyatda terrorçulara məxsus 8 hədəfin məhv edildiyi vurğulandı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here